Bəlkə də...
Bəlkə gəldim, ilk baharda,
İlk qönçənin açdığı bir zamanda.
Bəlkə də son baharda,
Günəşin batdığı, ayın gəldiyi,
Son çiçəyin solduğu bir anda çıxıb gəldim...
Hər çiçəkdə axtar məni...
Arıtək qon ləçəklərimə,
Baharın bir gün bitəcəyini,
Güllərin belə solacağını,
Bildiyin halda, qon hər ləçəyimə...
İçinə çək qoxumu,
Sanki bir daha hiss etməyəcəksənmiş kimi...
Kitablarda axtar məni,
Bəlkə də həmin sətirəm...
Oxumaqdan doymadığın,
İlk gözyaşı axıtdığın,
O kitabam mən...
Dinlədiyin hər nəğmədə,
Oxuduğun hər şeirdə,
Baxdığın saf göyüzündə,
Göyərçintək axtar məni...
Bəlkə gəldim,
Qarlı bir qış günündə,
Əllərinin üşüdüyü,
Ürəyinin isti olduğu bir zamanda...
Bəlkə də heç gəlmədim,
Gələcəkkən, çiçək kimi solub qaldım,
Yarımçıq oxunmuş kitabtək yarım qaldım...
Bəlkə də heç gəlmədim,
Mən gecəykən, Günəş gəlib çıxdı...
Yenə üzümə çökdü ləkələr,
Aytək üzüldüm, Günəştək batdım...
24.05.2021🌑
Yazarın kendi sesiyle şiirin seslendirilmesi.
Teşekkürler 😍
YanıtlaSil